Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqon rəhbəri Ceyms Mettis bildirib.
O qeyd edib ki, hazırda Əfqanıstanda 15 minə qədər ABŞ hərbçisi və 30 min muzdlu döyüşçü ABŞ-ın maraqlarını müdafiə edir.
“Hazırda mövcud olan hərbi qüvvə bölgədə çevik əməliyyatlar üçün olduqca genişdir. Mən demirəm ki, bütün muzdlu hərbçiləri ləğv edək. Sadəcə olaraq həm ABŞ hərbçilərinin, həm də muzdlu xidmət göstərən qulluqçuların sayı azaldılmalıdır. Mənim təklifim belədir ki, 6 min muzdlu və 2 min amerikan hərbçi saxlanılsın. Lakin ordunun tamamilə çıxarılması və Əfqanıstan missiyasının sadəcə muzdlu birliklərə verilməsi ideasını dəstəkləmirəm”, - deyə Mettis vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az