Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mettis ABŞ-ın İran mələsindəki mövqeyinin dəyişməz olduğunu qeyd edib.
Onun sözlərinə görə, Ağ Ev administrasiyası İranın atdığı addımları yaxından izləyir və İranın atacağı istənilən yanlış addım üçün ən ağır cəzanı tətbiq edəcək.
“Əlbəttə ki, İrana edilən təzyiqlər hələlik iqtisadi və siyasi xarakter daşıyır. Hazırda hər hansısa hərbi vasitənin planlaşdırıldığını deyə bilməsəm də, istənilən halda hərbi müdaxilə istisna edilmir. İran atacağı vecsiz addımlara görə hesabat verəcək. Boyun qaçıracaqları təqdirdə ABŞ alternativ variantlara əl atacaq”, - deyə Mettis vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az