Səudiyyə raketi mülki əhalinin yaşadığı əraziyə tuş gəlib

2018/08/n83015831-72516750_1535525990.jpg
Oxunub: 3470     14:58     29 Avqust 2018    
Səudiyyə Ərəbistanının Yəmənin Səda vilayətinə etdiyi raket hücumu ehtiyatsızlıqdan mülki əhalinin yaşadığı əraziyə düşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə bölgənin Mənbe şəhərində baş verib.

Məsələ ilə bağlı yerli mənbələrin yaydığı məlumata əsasən, koalisiya tərkibində husi qiyamçılarına qarşı əməliyyatlar keçirən Səudiyyə ordusunun hədəfi şəhərin ətrafındakı hərbi baza olsa da, ehtiyatsızlıqdan dolayı raket yaşayış binasına tuş gəlib.

Belə ki, hadisə nəticəsində azı bir mülki vətəndaş ölüb, daha bir neçəsi yaralanıb.

Qeyd edək ki, hələlik qarşı tərəfdən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə   Yəmən   Raket-hücumu  


Bizi "telegram"da izləyin