Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə açıqlamanı ABŞ Müdafiə naziri Ceyms Mettis verib.
O qeyd edib ki, hazırda ABŞ və Cənubi Koreya arasında aparılan danışıqların əsasını yarımadada saxlanılan hərbi xərclərin tərəflər arasında bölgüsünü müəyyənləşdirmək təşkil edir.
“Hər hansısa bir yenilikdən söz gedə bilməz. ABŞ və Cənubi Koreya arasında bu məsələ ilə bağlı müzakirələr bir neçə həftədir ki, ümumiyyətlə aparılmır. Səsləndirilən iddiaların heç bir tutarlı əsası yoxdur”, - deyə Mettis vurğulayıb.
Qeyd edək ki, ötən gün bir sıra kütləvi informasiya vasitələrində Vaşinqton və Seulun ortaq hərbi təlimlərlə bağlı müzakirələr apardığı və bu il ərzində təlimlərin baş tutacağı iddia edilirdi.
Dəyanət Ağalarlı
Ordu.az