Türkiyəli pilot F-35 təyyarəsi ilə ilk uçuşunu həyata keçirib

2018/08/thumbs_b_c_7dd802260f7c697ac52dce135272cdf5_1535519428.jpg
Oxunub: 1854     13:08     29 Avqust 2018    
Türkiyə Hərbi Hava Qüvvələrinin pilotu Birləşmiş Ştatlardakı uçuş təlimləri çərçivəsində F-35 təyyarəsi ilə ilk uçuşunu həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Türkiyənin proqram ortağı olduğu F-35 layihəsi çərçivəsində ilk təyyarəni bu ilin iyun ayında Texasın “Fort Worth” bazasında baş tutan mərasimlə təslim alıb.

Qəbul edilən 2 F-35-in Arizonada yerləşən “Luke” aviabazasında sınaq uçuşlarının həyata keçirilməsi və türkiyəli pilotlara bu təyyarənin idarəedilməsinə dair təlimlərin keçirilməsi planlaşdırılırdı. 3-cü və 4-cü təyyarələrin gələn ilin martında çatdırılması planlaşdırılsa da, Türkiyədən olan pilotların təlim müddəti bitənə qədər bu təyyarələr ABŞ-da qalacaq.

F-35 təyyarələri Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilən ilk beşinci nəsil döyüş təyyarəsidir. Türkiyə bu təyyarələrdən mərhələli olaraq 100 ədəd əldə etməyi planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   F-35   Təlim  


Bizi "telegram"da izləyin