Çin Əfqanıstanda hərbi düşərgə inşa edir

2018/08/thumbs_b_c_329fffac099d62eb90df2a85565e37ad_1535479061.jpg
Oxunub: 4191     02:00     29 Avqust 2018    
Çin Əfqanıstanda ən azı bir taborun hərbi qulluq edə biləcəyi hərbi düşərgə inşa etməyə başlayıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin ordusuna yaxın mənbələr bildiriblər.

Məlumata görə, Pekin rəhbərliyi terrorla mübarizə çərçivəsində Əfqanıstanın Badakşan vilayətində yerləşən Vaxan dəhlizində hərbi düşərgənin inşasına başlayıb.

Cibutidən sonra ikinci xarici hərbi bazası olan bu hərbi düşərgədə Çin Xalq Azadlıq Ordusu həm terrorla mübarizə aparacaq, həm də Əfqanıstan hərbçilərinə təlim keçəcək.

Düşərgənin inşasının nə vaxt yekunlaşacağı və böyüklüyünün nə qədər olduğu ilə bağlı xəbərdə məlumat yer almasa da, onun ən azı bir tabor əsgəri qəbul etməyə imkan verəcəyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Əfqanıstan   Hərbi-Düşərgə  


Bizi "telegram"da izləyin