“Türkiyə ilə bir çox mövzuda birlikdə çalışırıq” – Mettis

2018/08/thumbs_b_c_d6c1dbc4762e0dd189f58571d5280d08_1535478328.jpg
Oxunub: 2978     01:41     29 Avqust 2018    
“Türkiyə ilə bir çox məsələdə birlikdə çalışırıq. Müdafiə nazirləri ilə dünən telefonla danışdım. Çox səmimi müzakirə alındı”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə naziri Ceyms Mettis səsləndirib.

Birləşmiş Ştatlar Baş Qərargah rəisi general Cozef Danfordla birlikdə Pentaqonda mətbuat konfransı verən Mettis telefon danışığında Münbic də daxil olmaqla bir çox mövzunun müzakirə edildiyini bildirib.

Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemləri almasına necə münasibət bəslədiyi soruşulan Mettis bu qərarın Türkiyəyə aid olduğunu, lakin sözügedən sistemlərinin alınmasının ABŞ-ı narahat etdiyini vurğulayıb.

Öz növbəsində Münbiclə bağlı açıqlama verən Danford isə YPG qüvvələrinin böyük əksəriyyətinin artıq Fərat çayının şərqinə keçdiklərini və Münbic daxilində az sayda YPG üzvünün qaldığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Münbic   ABŞ  


Bizi "telegram"da izləyin