Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qəbul ediləcəyi təqdirdə bu, 2008-dən sonrakı ən yüksək artım olacaq.
Məsələ ilə bağlı Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən artıq hökumət növbəti il üçün qəbul ediləcək büdcə layihəsinin ilkin versiyasını da müzakirəyə çıxarıb.
Belə ki, müəyyən xırda detallar əlavə edilmədən və parlamentə göndərilmədən öncə hökumət daxilində büdcə layihəsinin müzakirələri aparılacaq.
Bildirilib ki, 46,7 trilyon von (42 milyard dollar) olaraq müəyyən edilən büdcə layihəsində 15,3 trilyon von (14 milyard dollar) silahlanmaya, 31,4 trilyon von (28 milyard dollar) isə hərbi qüvvələrin saxlanılması, onların əmək haqqlarının ödənişi və s. məqsədlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, silahlanma üçün çəkilən xərclərdə təxminən 13,7 faiz artım planlaşdırılsa da, digər xərclərdə bir o qədər də ciddi dəyişiklik qeyd edilməyib. Ümumi olaraq isə növbəti il üçün büdcə xərclərində 8,2 faiz artım planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az