Rumıniya gəmi əleyhinə raketlərə 159 milyon dollar xərcləyəcək

2018/08/received_311395809665125_1535471116.jpeg
Oxunub: 2802     23:48     28 Avqust 2018    
Rumıniya hökuməti gəmi əleyhinə raketlərin alınması üçün azı 159 milyon dollar vəsaitin xərclənəcəyinə dair qərarı təsdiqləyib.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə naziri Mihai Fifor bildirib.

Onun sözlərinə görə, Qara dəniz sahillərinə yerləşdirilməsi planlaşdırılan raketlərin alınması ilə bağlı müqavilənin bu ilin sonlarına qədər imzalanması gözlənilir.

Bəzi yerli mənbələr isə proqramın 2018-2023-cü maliyyə illəri ərzində həyata keçirilməsi, 1 ABŞ və 3 Avropa firmasının proqrama qoşulmasına dair ehtimallar səsləndirirlər.

İrəli sürülən ehtimallara görə, bu firmalar “Boeing”, MBDA, “Kongsberg” və “Saab” şirkətləridir. Kompaniyalar uyğun olaraq özünün “Harpoon”, “Exocet MM40 Block 3”, “Naval Strike Missile” və RBS-15 Mk3 raketlərini təklif edirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Gəmi-əleyhinə-raket  


Bizi "telegram"da izləyin