Qətər ABŞ hərbi qüvvələrinin saxlanıldığı bazanı genişləndirəcək

2018/08/received_1980870311977043_1535470328.jpeg
Oxunub: 3220     23:05     28 Avqust 2018    
Qətər hökuməti ölkə daxilindəki 2 hərbi bazanın genişləndiriləcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən hərbi mərkəzlər Udeyid və Doha bazalarıdır.

Yaxın Şərqdə ən geniş ABŞ hərbi-texniki təchizatının saxlanıldığı Udeyid aviabazasının genişləndirilməsi nəticəsində bazadakı Fransaya məxsus “Rafale” ABŞ-ın F-15 və “Eurofighter Typhoon” qırıcılarının sayı artırılacaq.

Məsələ ilə bağlı bazadakı Qətər hərbi birliklərinin mətbuat xidmətindən verilən məlumata əsasən, bazanın genişləndirilməsinin digər bir səbəbi də buraya Qətərin alacağı yeni “Typhoon” qırıcılarının yerləşdirilməsi olacaq.

Belə ki, Böyük Britaniyanın “BAE Systems” şirkətindən 6,38 milyard dollar qarşılığında alınacaq 24 ədəd qırıcı Udeyid bazasında saxlanılacaq.

Qeyd edək ki, sadəcə yerli hərbi qüvvələrin saxlanıldığı Doha bazasının genişləndirilməsi ilə bağlı detallar açıqlanmayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   ABŞ   Hərbi-Baza  


Bizi "telegram"da izləyin