Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilənin məqsədi MQ-9 PUA-larında qabaqcıl sensorların təkmilləşdirilməsi, inteqrasiyası və uçuş sınağının həyata keçirilməsini təmin etməkdir.
Agentlik MQ-9-ları real sınaq ssenarilərində qabaqcıl sensorlarla birlikdə sınaqdan keçirəcək. Pentaqonun məlumatına görə, bu sınaqlar həm Birləşmiş Ştatlar ərazisində, həm də xaricdə həyata keçiriləcək.
Hazırda “Raytheon”un çoxspektrli nişanalma sistemləri ilə təchiz edilən “Reaper”lər həm kəşfiyyat, axtarış, nəzarət missiyaları, həm də arsenalın daşınması üçün uyğundur. “Raytehon”un həmin sistemləri isə dəqiq nəticə əldə etmək üçün elektro-optik infraqırmızı sensorları lazer təyinatlı qabiliyyətlərlə birləşdirir.
Xatırladaq ki, 2016-cı ilin iyununda MQ-9 ABŞ, Yaponiya və Cənubi Koreyanın “Sakit Okean Əjdahası” raketdən müdafiə təlimi zamanı ballistik raket hədəfini izləyib.
Ağalar Ağalarlı
Ordu.az