Ordu.az xəbər verir ki, Moskva yaxınlığındakı Kubinkada həyata keçirilən şouya 100-dən çox ölkənin nümayəndəsi qatıldı.
Rusiya Müdafiə Nazirliyi yeni T-14 tankları və T-15 zirehli döyüş vasitələrinin satın alınmasına dair müqavilə imzaladı. Bu müqavilələrə əsasən Rusiya SQ 2021-ci ilə qədər 132 dəst hərbi ləvazimat əldə edəcək. İlk 9 tank isə bu il ərzində təmin ediləcək.
Forum ərzində çox sayda innovativ silahlar və bu vaxta qədər artıq ad çıxarmış ləvazimatlar nümayiş etdirildi. Məsələn, onlardan biri 2C38 təyyarə əleyhinə havadan müdafiə artilleriya kompleksidir. Bu sistemin dəqiqədə 120 ədəd mərmi ata bilən 57 mm-lik topu var.
Başqa bir yenilik isə təkərli zirehli platforma olan “Bumeranq”dır. O, düşmən piyadası, zirehli personal daşıyıcısı və tanklarına qarşı döyüş missiyası üçün nəzərdə tutulan hərbi vasitədir.
Forumda təşkil olunan mərasimdə Rusiya donanmasının tezliklə 18 freqat, 36 korvet əldə edəcəyi, bu gəmilərin 135 metr uzunluq, 15 metr genişliyə malik olacağı və 4500 ton yük götürə biləcəyi bildirilir.
Qeyd edək ki, bu ilki forumda imzalanan müqavilələrin ümumi dəyəri 130 milyard rubldur ki, bu da ötən ilkindən 3 dəfə çoxdur.
Ağalar Ağalarlı
Ordu.az