Kosmik Qüvvələr: Pentaqonun maliyyə qənaəti və qlobal hərbi dominantlıq

2018/08/2ba5dde1-db02-49df-aca4-24ed7f64805f_1535459008.jpg
Oxunub: 1508     20:22     28 Avqust 2018    
Aparılan araşdırmalar göstərir ki, iddia edilənin əksinə olaraq Kosmik Qüvvələrin formalaşdırılması ABŞ-a maliyyə ehtiyatlarına qənaət etmək imkanı verəcək.

Ordu.az xarici KİV-lərə iastinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti verib.

Qeyd olunub ki, hazırda ABŞ HHQ-nin tərkibində olan Kosmik Komandanlıq daxilində ixtisaslaşma heç də qənaətbəxş səviyyədə deyil.

Belə ki, 1947-ci ildə ayrı bir komandanlıq olaraq formalaşdırılan ABŞ Hərbi Hava Qüvvələrinin başlıca prioritetləri daxilində kosmik proqramlara rast gəlmək demək olar ki, mümkünsüzdür.

Buna görə də qeyd olunan dövr ərzində ABŞ-ın hərbi məqsədli kosmik layihələri kifayət qədər diqqətdən kənarda saxlanılıb.

Məhz buna görə də ABŞ-ın həyata keçirdiyi bir çox əməliyyatlarda kosmik kəşfiyyat və kosmik raket hücumları həyata keçirilməsi ya mümkün olmayıb, ya da aşağı effektivlikdə baş verib.

Qeyd edək ki, araşdırmalar göstərir ki, kosmik qüvvələr daxilində ixtisaslaşmanın olmamasından dolayı ABŞ son 30 il ərzində İŞİD, “Əl-Qaidə”, “Boko Haram” və digər terror qruplaşmalarına həmçinin “Taliban” qiyamçılarına qarşı mübarizədə 200 milyard dollardan çox maliyyə israfına yol verib.

Halbuki hazırkı standartlar çərçivəsində sözügedən maliyyə ehtiyatlarına qənaət üçün Kosmik Qüvvələrə maksimum 60 milyard dollar xərc çəkilməlidir. Bu da onu göstərir ki, Kosmik Qüvvələrin formalaşdırılması ABŞ-a həm maliyyə ehtiyatlarına qənaət etmək, həm də qlobal hərbi dominantlığını qorumaq imkanı verəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon   Kosmik-qüvvələr  


Bizi "telegram"da izləyin