Rusiya ordusu 300 minlik hərbi təlimə hazırlaşır

2018/08/456456_1535455978.jpg
Oxunub: 3879     19:31     28 Avqust 2018    
Rusiya gələn ay son 40 illik tarixinin ən geniş miqyaslı təlimini həyata keçirməyə hazırlaşır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu danışıb.

Onun sözlərinə görə, Çin və Monqolustanın da iştirak edəcəyi hərbi təlimlər Rusiya ordusunun Mərkəz və Şərq Hərbi Dairəsində həyata keçiriləcək.

Şoyqu bildirib ki, təlimdə 300 minə yaxın hərbçi, 1000-dən çox hərbi təyyarə, Rusiya donanmasının iki filotiliyası, donanmanın bütün aviasiya bölmələri iştirak edəcək.

Qeyd edək ki, təlimin təşkil olunma vaxtı 11-15 sentyabr tarixlərinə planlaşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Təlimlər  


Bizi "telegram"da izləyin