Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, QQ bu sistemlərin alınmasını nəzərdə tutan təklif sorğusunu təsdiqləyib.
Sorğuda həm PUA-ların, həm də quruda nəzarət stansiyaları üçün təkliflərin gözlənildiyi bildirilib. Bildirilir ki, kamera ilə təchiz edilmiş PUA və quruda nəzarət stansiyaları ilə əsgərlər əvvəllər görmə imkanına malik olmadıqları məsafələrə nəzarət edə biləcəklər.
ABŞ QQ-nin Tədqiqat, Təkmilləşdirmə və Mühəndis Komandanlığı Mərkəzinin sistem mühəndisi Con Paul Kruszevski bu sensor sistemlərinin döyüş meydanında əsgərlərə böyük üstünlük təmin edəcəyini vurğulayıb.
Sözügedən məsələ ilə bağlı müqavilənin 2019-cu maliyyə ilinin birinci rübündə imzalanması və bu müqavilədə 2400 belə sistemin alınmasının göstərilməsi planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az