Türkiyədə hərbi maşın qəzaya uğrayıb: 2 ölü, 7 yaralı

2018/08/thumbs_b_c_b7cd0e507927530a992583b1a619a346_1535454190.jpg
Oxunub: 4359     19:02     28 Avqust 2018    
Türkiyənin Hakkari vilayətində hərbçiləri daşıyan maşın qəzaya uğrayıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Hakkarinin Şemdinli bölgəsində baş verib.

Məlumata görə, yerli vaxtla saat 10:30 radələrində Samanlı kəndi yaxınlığında 34-cü Sərhəd Tuqay Komandanlığına bağlı “kirpi” tipli zirehli vasitə qəzaya uğrayıb.

Qəza nəticəsində 2 əsgər həyatını itirib, 7 nəfər isə yaralanıb. Yaralıların müalicə üçün Yüksəkova Dövlət Xəstəxanasına çatdırıldığı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qəza   Şəhid  


Bizi "telegram"da izləyin