Qlobal hərbi naviqasiya bazarının dəyəri 2025-ci ildə nə qədər olacaq?

2018/08/Military-Antenna-Market-1_1535453849.jpg
Oxunub: 1891     18:55     28 Avqust 2018    
Aparılan araşdırmalar nəticəsində qlobal hərbi naviqasiya bazarının 2025-ci ildə 13,4 milyard dollar dəyərə sahib olacağı proqnozlaşdırılır.

Ordu.az “Industry Today”ə istinadən xəbər verir ki, bazarın dəyəri 2017-ci il statistikalarına görə, 8,1 milyard dollardır.

2017-2025-ci il dövründə bu rəqəmin illik 6,5% artaraq 13,4 milyard dollara çatması gözlənilir.

Son dövrlərdə hərbi qüvvələrin naviqasiya ləvazimatlarının təyyarə, gəmi, pilotsuz vasitələr, raketlər və digər silah-sursatla inteqrasiyasına böyük maraq göstərir. Bu səbəbdən dolayı onların bazarın dəyəri durmadan və böyük sürətlə artmağa davam edir.

Bu bazar üçün də əsas böyük regionla Asiya-Sakit okean, Şimali Amerika, Avropa bölgələridir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-Naviqasiya-Bazarı  


Bizi "telegram"da izləyin