Pentaqon Ər-Riyada dəstəyini dayandıra bilər

2018/08/1053855912_1535451680.jpg
Oxunub: 1825     18:16     28 Avqust 2018    
Pentaqon Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək, hərbi və kəşfiyyat dəstəyinin dayandırıla biləcəyini bildirib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə bəzi anonim mənbələr bildiriblər.

Məlumata görə, son dövrlərdə Ərəb koalisiyanın hücumları nəticəsində çox sayda mülki şəxsin həlak olması Birləşmiş Ştatlarda narahatlıq doğurub.

Bu səbəbdən dolayı ABŞ Müdafiə naziri Ceyms Mettis və Mərkəzi Komandanlığın rəhbəri general Cozef Votel husilərə qarşı müharibədə koalisiya qüvvələrinə göstərilən dəstəyin dayandırıla biləcəyinə dair xəbərdarlıq ediblər.

Xatırladaq ki, avqustun 9-da koalisiya qüvvələrinin uşaqları daşıyan avtobusu vurması ilə 40-ı azyaşlı olmaqla ümumilikdə 51 nəfər həyatını itirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Ər-Riyad   Husilər  


Bizi "telegram"da izləyin