Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran ordusunun briqada generalı Məhəmməd Hüseyn Dadras səsləndirib.
“Biz A-dan Z-yə milli məhsul olan və öz xarici rəqibləri ilə rəqabət aparmağa qadir olan qırıcı təyyarə istehsal edə bilərik”, - deyə o bildirib.
O qeyd edib ki, əgər Qərb dövlətlərinin imkanı olsaydı, İrana heç vaxt milli təyyarə istehsal etməyə imkan verməzdilər, lakin İran bu texnologiyaya artıq sahibdir və təyyarə ilə yanaşı az qala bütün digər hərbi-ləvazimatları da özü istehsal edir.
Ağalar Ağalarlı
Ordu.az