Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru politoloq İqor Korotçenko səsləndirib.
O qeyd edib ki, şübhəsiz ki, ABŞ-ın Arktika filotiliyası formalaşdırması soyuq müharibəyə və dəniz piyadaları rəqabətinə geri dönüşdür.
“Bu addımdan hər hansısa müsbət nəticə gözləməyə dəyməz. ABŞ Rusiyanın Arktika zolağındakı gedişini ehtimal etmirdi. Ona görə də tələsik bir qərarla Arktika filotiliyasının yenidən qurulması müəyyənləşdirildi. ABŞ-dan bundan sonrakı mərhələdə də bənzər və daha aqressiv addımlar gözləyirəm”, - deyə o əlavə edib.
Dəyanət Ağalarlı
Ordu.az