Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla 08:50 radələrində baş verib.
Sparta şəhərinin şimal bölgəsində təlim uçuşunda olan təyyarənin T-2 “Buckeye” olduğu bildirilir. Məlumata görə, o, HHQ-nin istifadəsində olan ən köhnə təyyarələrdəndir.
Qəza zamanı pilotların hər ikisi katapultdan istifadə etsələr də, sonradan aparılan axtarışlarda onlardan birinin ölü bədəni tapılıb. Digərinin vəziyyəti isə qismən yüngüldür.
Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.
Ağalar Ağalarlı
Ordu.az