Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Hindistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, bu məqsədlə hərbi məqsədli müxtəlif məzmunlu elmi araşdırmalar aparılır.
Belə ki, yeni araşdırmalar əsasən biotexnologiya, nanotexnologiya, neyrobiologiya və kibernetika sahələrini əhatə edir ki, bu araşdırmalardan əldə ediləcək nəticələr hesabına Hindistan rəhbərliyi süni zəkanın ordu daxilində əhatəli istifadəsini planlaşdırır.
Qeyd edək ki, artıq bir sıra ciddi irəliləyişlərin əldə edildiyini bildirən Hindistan MN süni zəkanın ordu daxilindəki canlı qüvvə ehtiyacını minimuma endirə biləcəyini qeyd edib.
Belə ki, ötən il ərzində süni zəka ilə bağlı araşdırmalara 2 milyard dollardan çox maliyyə ehtiyatı sərf edən Hindistan bununla da “super hərbçilər” formalaşdırmağı qarşısına məqsəd qoyub.
Qeyd edək ki, Hindistan ordusu daxilində süni zəka ilə bağlı araşdırmaları təşviq edən başlıca nüans çəkilən hərbi xərlərin təxminən 70-75 faizinin canlı hərbi qüvvələrin saxlanılması üçün istifadə edilməsidir.
Ordu rəhbərliyi bu addımla hərbçilərin sayını azaltmağı və bu rəqəmi 40-50 faiz səviyyəsinə endirməyi planlaşdırır.
Dəyanət Ağalarlı
Ordu.az