Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin mətbuat xidməti yayıb.
Bildirilib ki, Pentaqon əldə edilən razılığa əsasən, şirkət ABŞ donanmasının tərkibindəki 12 döyüş gəmisini texniki əməliyyat sistemləri ilə təchiz edəcək.
Bildirilib ki, 47 milyon dolar dəyərindəki layihə ABŞ-ın Atlantik okeanındakı bir neçə sahil təhlükəsizliyi gəmilərini əhatə edəcək.
Qeyd edək ki, layihə üzrə işlərə sentyabrın ortaları start veriləcək və 2 il davam edəcək.
Dəyanət Ağalarlı
Ordu.az