Rusiya XİN: ABŞ Ukraynanın silahlarla təchizatı istiqamətində səylərini artırır

2018/08/456_1535441776.jpg
Oxunub: 2142     15:44     28 Avqust 2018    
“Rəsmi Moskva Birləşmiş Ştatların Kiyevi silahlarla təchiz etmə istiqamətində həyata keçirdiyi tədbirləri şaxələndirdiyini sezir”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Rıbakov bildirib.

“Mən özüm Kiyevin kütləvi qırğın silahları ilə təchizatının sürətləndiyinə şahidlik edirəm. Eşitdiyimizə görə, sərhədlərimiz yaxınlığında hərbi təlimlərin genişləndirilməsi planlaşdırılır”, - deyə Ribakov vurğulayıb.

Onun sözlərinə görə, bu birbaşa destabilizasiyaya aparan yoldur və amerikalılar alovla oynayırlar.

Ribakov rəsmi Moskvanın bu məsələ ilə bağlı ABŞ-ın Ukrayna üzrə Xüsusi nümayəndəsi Kurt Volkerlə danışıqlar apardığını da dilə gətirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ-Ukrayna  


Bizi "telegram"da izləyin