Çinin ilk təkmilləşdirilmiş “Type 055” esminesi təqdim edilib

2018/08/456456_1535439317.jpg
Oxunub: 1355     14:53     28 Avqust 2018    
Çin donanması özünün yerli istehsal ilk raket esminesinin ilkin sınaqlarını həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Çin donanmasının mətbuat xidməti yayıb.

Bildirilib ki, sözügedən döyüş gəmisinin istehsalı “Jiangnan” gəmiqayırma mərkəzində 6 il müddətində davam edib.

Qeyd edək ki, 10 min ton həcmindəki döyüş gəmisi HHQ-9 uzaq mənzilli raket sistemləri, YJ-18 gəmi əleyhinə raketlər və CJ-10 quru hücum raketləri ilə təchiz edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Type-055  


Bizi "telegram"da izləyin