Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Ordusunun (SƏO) yaydığı kommunikedə bildirilib.
Kommunikeyə görə, SƏO Beyit Cin zonası üzərində tam nəzarəti bərpa etdikdən sonra Rusiya ordusu Beyit Cinin qərbində yerləşən Təlul Himr yüksəkliklərini azad edib.
Xatırladaq ki, SƏO-nun Beyit Cinin azad edilməsi əməliyyatı ötən il Qərbi Qutanın terrorçulardan təmizlənməsindən qısa müddət sonra başlayıb.
Ağalar Ağalarlı
Ordu.az