Husi qiyamçıları Dubay aeroportuna hücum ediblər? - BƏƏ yəkzib edir

2018/08/jpeg_1535438571.jpg
Oxunub: 2454     14:32     28 Avqust 2018    
Husi qiyamçıları dünən gecə saatlarında Dubay Beynəlxalq Aeroportuna dronla hücum etdiklərini iddia ediblər.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, iddiada qiyamçıların silahlı dronla aeroportu bombaladığı bildirilib.

Məlumata görə, hücum zamanı istifadə olunan dron “Samad Type-3” silahlı dronu olub. Buna baxmayaraq, xəbərdə hücumun necə nəticələndiyinə dair məlumat yer almayıb.

Husilərin iddialarına cavab verən Birləşmiş Ərəb Əmirliyi isə beynəlxalq aeroporta heç bir təhlükə olmadığını və iddianın əsassız olduğunu bəyan edib.

BƏƏ Baş Mülki Aviasiya İdarəsi bildirib ki, hava nəqliyyatı normaldır və husilərin aeroportu bombalaması barədə iddiaları yalandır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Dubay   Samad-Type-3  


Bizi "telegram"da izləyin