Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Şırnak vilayət rəhbərliyi məlumat yayıb.
Məlumata görə, Beytüşşebap bölgəsindəki Faraşin çölündə PKK-ya mənsub terrorçulara hava zərbələri endirilib.
Əməliyyat nəticəsində əvvəlcədən fəaliyyəti təsbit edilən 5 terrorçu zərərsizləşdirilib. Əməliyyat davam edir.
Ağalar Ağalarlı
Ordu.az