Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Pentaqonun mətbuat katibi Erik Pahon səsləndirib.
Onun sözlərinə görə, diplomatik səviyyədə baş verən anlaşmazlıqlar iki ölkənin orduları arasındakı əlaqələr təsir etməyib.
Eyni zamanda ABŞ Dövlət Departamenti də ölkələr arasındakı əlaqənin yaxın tarixdəki ən pis vəziyyətində olmasına baxmayaraq İŞİD-ə qarşı birgə mübarizə üzrə qərarlılığın qüvvədə qaldığını bəyan edib.
Qeyd edək ki, bu bəyanatlar ABŞ və Türkiyənin Suriyanın şərqində İŞİD-ə qarşı yekun hücuma hazırlaşması xəbərləri ilə bir vaxta təsadüf edib.
Ağalar Ağalarlı
Ordu.az