Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə bazar günü baş verib.
Məsələ ilə bağlı Fransa Müdafiə Nazirliyinin mətbuat xidmətindən yayılan rəsmi məlumata əsasən, bazar günü həyata keçirilən hava ənməliyyatları zamanı məhv edilən terrorçuların kimliyinə aydınlıq gəlib.
Qeyd olunub ki, Fransa Hərbi Hava Qüvvələrinə məxsus Mirage 2000 qırıcılarının Malinin Burkina Faso ilə sərhəd Menaka şəhərindəki terrorçuların mövqelərini bombardıman etməsi nəticəsində zərərsizləşdirilən 20-ə qədər terrorçu arasında İŞİD-in Böyük Səhra bölgəsi lideri Məhəmməd Əlmunər də var.
Qeyd edək ki, terrorçu qruplaşmadan verilən açıqlamada da fakt öz təsdiqini tapıb.
Dəyanət Ağalarlı
Ordu.az