“Rusiya “Taliban”la sülh danışıqlarını təxirə saldı” – Əşrəf Qani

2018/08/345_1534762163_1535436731.jpg
Oxunub: 3151     14:11     28 Avqust 2018    
Rusiya “Taliban”la sentyabrın 4-də keçirilməsi planlaşdırılan çoxtərəfli sülh danışıqlarını təxirə salıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan prezidenti Əşrəf Qani bəyan edib.

Qaninin sözlərinə görə, o fikir ayrılıqların aradan qaldırmaq və Əfqanıstan hökumətinin iştirak etdiyi bir görüşdə “Taliban”la danışıqların həyata keçirilməsini təmin etmək məqsədilə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla danışıb.

Danışıqlar nəticəsində Lavrov sammitin gününün Əfqanıstan hökumətinin iştirakı mümkün ola biləcək tarixə qədər təxirə salındığına əmin edib.

Qeyd edək ki, gələn həftə baş tutacaq görüşlərə Rusiya 12 ölkə və “Taliban”ı dəvət etmişdi. “Taliban” dəvəti qəbul etsə də, qiyamçı qrupla sülh danışıqlarına Əfqanıstanın rəhbərlik etməli olduğunu bildirərək, rəsmi Kabil sammitdə iştirakdan imtina edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin