Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya BQ-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiyanın paytaxtı Moskvada baş tutan görüşdə tərəflər qarşılıqlı əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi perspektivini müzakirə ediblər.
Rusiyaya ilk dəfə səfər edən Li Zuoçenq Rusiya-Çin əlaqələrinə, hərtərəfli partnyorluq və strateji əməkdaşlığa böyük əhəmiyyət verdiyini bəyan edib.
O bildirib ki, iki dövlətin liderlərinin göstərdiyi səylər nəticəsində bu gün Rusiya və Çin əlaqələri yeni və daha öncə təsadüf edilməmiş səviyyəyə yüksəlib.
Ağalar Ağalarlı
Ordu.az