Ərəb koalisiyası Səna aeroportuna aviazərbələr endirib

2018/08/f-16-759_1535433256.jpg
Oxunub: 3790     13:13     28 Avqust 2018    
Səudiyyə Ərəbistanının öncüllüyündə mübarizə aparan koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada yerləşən beynəlxalq aeroporta aviazərbələr endirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə bölgədə olan yerli mənbələr bildiriblər.

Məlumata görə, koalisiya qüvvələri beynəlxalq aeroportla yanaşı, Sənanın şimalındakı hərbi aviabazanı da hədəf alıb.

Qeyd edək ki, Yəmənin rəsmi paytaxtı olan Səna şəhəri 2014-cü ildə meydana gələn münaqişə nəticəsində qiyamçılar tərəfindən ələ keçirildikdən sonra paytaxt Ədən şəhərinə köçürülüb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Yəmən   Husilər  


Bizi "telegram"da izləyin