ABŞ Yaxın Şərqdə qanadlı raket esminesləri yerləşdirib

2018/08/Безымянный_1535375790.jpg
Oxunub: 4352     21:20     27 Avqust 2018    
Birləşmiş Ştatlar Suriyada hökumət qüvvələrinə hücum məqsədilə özünün qanadlı raket esmineslərini Yaxın Şərqə göndərib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenko bildirib.

Konaşenkonun sözlərinə görə, ABŞ İdlib vilayətindəki daha bir provokasiyaya hazırlıq məqsədilə özünü qanadlı raket esmineslərini Yaxın Şərqdə yerləşdirməyə davam edir.

O bildirib ki, bu hazırlıqlar ABŞ-ın Suriya hökuməti tərəfindən edildiyi iddia olunacaq kimyəvi hücumu bəhanə kimi istifadə edəcəyini bir daha təsdiqləyir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq   Qanadlı-Raket  


Bizi "telegram"da izləyin