Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Əfqanıstan Müdafiə Nazirliyinin bir az öncə yayımladığı hesabatda qeyd olunub.
Bildirilib ki, ötən həftə sonu həyata keçirilən əməliyyatlar nəticəsində Qəzni vilayətinin “Taliban” qiyamçı qruplaşmasının nəzarətindəki Muqor şəhəri azad edilib.
Rəsmi rəqəmlərə əsasən əməliyyatlar zamanı 39 “Taliban” qiyamçısı və 9 İŞİD terrorçusu məhv edilib, həmçinin daha 9 terrorçu və qiyamçı yaralanıb.
Qeyd edək ki, Əfqanıstan ordusu 25-26 avqust tarixlərində 78 hava əməliyyatı, 7 ərazi təmizləmə əməliyyatı və 96 xüsusi təyinatlı əməliyyat həyata keçirib.
Dəyanət Ağalarlı
Ordu.az