Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr bildirirlər.
Məlumata görə, müttəfiqlər ABŞ-ın Koreya yarımadasında yerləşdirdiyi strateji silahlar və illik hərbi təlimlərin xərclərini kimin ödəməsi üzərində ortaq məxrəcə gələ bilmirlər.
Bildirilir ki, Vaşinqton və Seul ötən həftənin cümə ertəsi günü baş tutan müdafiə xərclərinin bölüşdürülməsi danışıqlarının altıncı görüşündə də razılıq masasını hansısa ciddi bir razılıq olmadan, görüşü əliboş tərk ediblər.
Qeyd edək ki, bu ilin mart ayında başlayan danışıqların məqsədi Koreya yarımadasında yerləşdirilmiş 28500 ABŞ hərbçisinin saxlanmasına çəkilən xərcdə rəsmi Seulun payına qərar verməkdir.
ABŞ-ın mövqeyinə görə, Seul müntəzəm təlimlər zamanı ABŞ-ın bölgəyə strateji silahlar yerləşdirmə xərclərindən dolayı ödənişlərini artırmalıdır. Cənubi Koreya isə bu danışıqların sadəcə bölgədəki ABŞ qoşunlarının saxlanmasını əhatə etdiyini düşünür. Buna görə də, o ABŞ-ın strateji silahların yerləşdirilməsi ilə bağlı tələbinin bu danışıqların müzakirə mövzusu olmadığını iddia edir.
Ağalar Ağalarlı
Ordu.az