Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri İran İnqilab Keşikçiləri Korpusu donanmasının rəhbəri general Əli Reza Tanqsiri səsləndirib.
O, İran körfəzində xarici qüvvələrin yeri olmadığını və xarici atom döyüş gəmilərinin buradakı mövcudluqlarının ətraf mühit problemlərinə yol aça biləcəyini vurğulayıb.
Qeyd edək ki, daha öncə də İran rəsmiləri ABŞ-ın düşməncə davranışlarına qarşı böyük neft daşınmalarının həyata keçirildiyi Hörmüz boğazını bağlamaqla hədələr səsləndiriblər.
Ağalar Ağalarlı
Ordu.az