ABŞ Türkiyəyə hərbi helikopterlər çatdırıb

2018/08/345345_1535365428.jpg
Oxunub: 3103     18:22     27 Avqust 2018    
F-35-lərin alqı-satqısına dair mübahisənin davam etməsinə baxmayaraq, ABŞ Türkiyəyə çatdırılmalı olan hərbi helikopterlərin ikinci dəstini təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, çatdırılan 5 ədəd CH-47 “Chinook” ağır nəqliyyat helikopterinin ilki artıq istifadəyə verilib. Bundan öncə isə 2016-cı ildə 6 helikopter Türkiyəyə təslim edilib.

Qeyd edək ki, 2011-ci ildə Türkiyə MSN ilə “Boeing” şirkəti arasında imzalanan müqaviləyə əsasən firma Türkiyəyə 11 helikopter çatdırmalı idi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   ABŞ-Türkiyə  


Bizi "telegram"da izləyin