Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə iki ölkənin Müdafiə nazirləri tərəfindən imzalanıb.
İran Müdafiə naziri general Əmir Hatəmi Suriyanın böhran mərhələsini geridə qoymaq üzrə olduğunu və artıq yenidənqurma mərhələsinin başladığını bildirib.
O, suriyalı həmkarı Əli Abdullah Əyub ilə görüşündə Suriyadakı vəziyyətlə bağlı detallı müzakirələr aparıldığını, müdafiə və texniki saziş imzalandığını bildirib.
Qeyd edək ki, Hatəmi iki günlük rəsmi səfər çərçivəsində dünən Suriyanın paytaxtı Dəməşqə gedib və burada öz həmkarı ilə yanaşı, ölkə prezidenti Bəşər Əsədlə görüşüb.
Ağalar Ağalarlı
Ordu.az