Donbasda 4 Ukrayna əsgəri yaralanıb

2018/08/y5ttyr545456_1535359475.jpg
Oxunub: 2277     17:01     27 Avqust 2018    
Ukraynanın Donbas vilayətində fəaliyyət göstərən separatçı qüvvələr sutka ərzində atəşkəs rejimini 23 dəfə pozublar.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının rəsmi “Facebook” hesabında qeyd olunub.

Məlumata görə, bu hücumlar zamanı Ukrayna ordusunun dörd üzvü yaralanıb. Onlardan ikisinin vəziyyəti nisbətən ağırdır.

Ukrayna ordusunun cavab atəşləri nəticəsində separatçılardan azı 3 nəfərin məhv edildiyi, 7 nəfərin isə yaralandığı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin