SQQ İdlibdə möhkəmlənməyə davam edir

2018/08/4th-ivision-Tank-688x516_1535358899.jpg
Oxunub: 3497     17:51     27 Avqust 2018    
Suriya Quru Qoşunları İdlib vilayəti istiqamətində əməliyyat hazırlığı çərçivəsində bölgəyə daha bir elit qüvvə göndərib.

Ordu.az xəbər verir ki, bu barədə SQQ-yə yaxın mənbələr bildiriblər.

Məlumata görə, ordunun 4-cü zirehli diviziyası azı 8 tank və onlarla texniki vasitənin müşahidə edildiyi hərbi karvanla Dəməşqdən İdlibə yollanıb.

Bu karvanın bir müddətdir İdlib əməliyyatına hazırlıq çərçivəsində bölgəyə hərbi texnika, silah-sursat və canlı qüvvə cəmləyən SQQ-nin İdlibə göndərdiyi ən böyük hərbi karvan olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   İdlib  


Bizi "telegram"da izləyin