ABŞ Cənubi Amerikaya hərbi qüvvə yerləşdirə bilər

2018/08/3454_1535358638.jpg
Oxunub: 3606     16:31     27 Avqust 2018    
Ceys Mettisin regiona səfərindən sonra Cənubi Amerikanın bir neçə dövlətində ABŞ Milli Qvardiya birlikləri yerləşdirilə bilər.

Ordu.az Pentaqonun mətbuat xidmətinə istinadən xəbər verir ki, hərbi qüvvələrin yerləşdirilə biləcəyi ölkələrə Braziliya, Argentina, Çili və Kolumbiya aiddir.

Məlumata əsasən, hazırda sözügedən ölkələrin rəhbərlikləri ilə danışıqlar aparılır və razılıq əldə ediləcəyi təqdirdə ilk birliklər növbəti ildən etibarən bu ölkələrə göndəriləcək.

Qeyd edək ki, göndəriləcək ABŞ Milli Qvardiya bölüklərin bu ölkələrdə daimi yaxud uzunmüddətli yerləşməsi baş verməyəcək. Belə ki, bu qüvvələr həmin ölkələrin təhlükəsizlik xidməti orqanlarına ölkədaxili problemlərin həllində dəstək göstərəcəklər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Amerika  


Bizi "telegram"da izləyin