İŞİD terrorçuları İraq ordusunun uniformasında kəndə hücum edib

2018/08/3454_1535358516.jpg
Oxunub: 2933     16:24     27 Avqust 2018    
İŞİD terrorçuları İraqın Diyalə vilayətindəki kəndlərdən birində böyük hücum həyata keçiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bölgədə olan mənbələr öz sosial şəbəkə hesabları vasisəsilə məlumat yayıblar.

Məlumata görə, hücum zamanı terrorçular İraq ordusunun istifadə etdiyi uniformada olublar. Onlar bu uniformalarda Diyalənin Himrət kəndinə hücum edərək bir neçə hərbçini qətlə yetiriblər.

Hazırda bölgədə İraq ordusu tərəfindən hücumu həyata keçirən terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyat aparılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD  


Bizi "telegram"da izləyin