Çinin milli aviadaşıyıcısı ikinci dəniz təlimlərinə başlayıb

2018/08/Снимок_1533625839_1535356535.png
Oxunub: 3805     15:54     27 Avqust 2018    
Çinin ilk yerli milli aviadaşıyıcısı “Type 001A” öz döyüş qrupu ilə dünəndən etibarən ikinci dəniz sınaqlarına başlayıb.

Ordu.az “Global Times”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aviadaşıyıcı Çinin Liaoninq vilayətinin şimal-şərqində yerləşən “Dalian” tərsanəsindən dənizə açılaraq öz sınaq manevrlərini həyata keçirməyə başlayıb.

“Type 001” gəmisinin ilk sınaqları isə bu ilin 13-18 may tarixlərində baş tutub və o, 23 mayda tərsanəyə geri dönüb.

Qeyd edək ki, aviadaşıyıcının ikinci sınaqlarından bir neçə gün öncə Çinin ilk yerli istehsal 10 min tonluq raket esminesi də ilk dəniz sınağını həyata keçirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Type-001A  


Bizi "telegram"da izləyin