Keçmiş NATO komandiri: “Tramp Türkiyə ilə böhranı ələ almalıdır”

2018/08/Снимок_1535355040.png
Oxunub: 2186     15:33     27 Avqust 2018    
“Vaşinqton Türkiyənin sahib olduğu diplomatik əhəmiyyəti nəzərə almalıdır”

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun keçmiş komandiri Ceyms Stavridis səsləndirib.

O qeyd edib ki, hazırkı vəziyyətdə Türkiyənin incik salınması alyansı dərindən sarsıda bilər.

“20 yaxud 10 il öncə bunu edə bilərdiniz. Lakin indi atdığınız hər bir addımda Ankara və Moskva arasında mövcud olan yaxın münasibətləri nəzərə almalısınız. Biz bilmirik bu əlaqələrin miqyası və məzmunu hansı vəziyyətdədir. Ona görə də ABŞ prezidenti Donald Tramp münasibətlər daha da korlanmamış vəziyyəti ələ almalıdır. Əks təqdirdə NATO əvvəlki gücündə olmayacaq”, - deyə o əlavə edib.

Dəyanət Ağalarlı.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   Böhran  


Bizi "telegram"da izləyin