Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.
Bildirilib ki, hazırda Dəniz Piyadaları korpusunun 300-ə qədər hərbçisinin fəaliyyət göstərməsinə baxmayaraq Pentaqon bu rəqəmi yetərli hesab etmir.
Məlumata əsasən, Norveçlə qarşılıqlı razılıq əsasında ABŞ bu ölkədəki hərbi qüvvələrinin sayını qarşıdakı 6 il ərzində azı 4 dəfə artırmağı planlaşdırır.
Bunun üçün daha 3 hərbi bazanın tikintisinin həyata keçirilməsi gözlənilir ki, bunlar da əsasən Rusiya ilə daha yaxın ərazilərdə formalaşdırılacaq.
Dəyanət Ağalarlı
Ordu.az