İran Müdafiə naziri Suriyada rəsmi səfərdədir

2018/08/567567_1535352605.jpg
Oxunub: 2629     14:49     27 Avqust 2018    
İran Müdafiə naziri Əmir Hatəmi Dəməşqdə Bəşər Əsəd və bir sıra yüksək vəzifəli hərbi nümayəndələrlə bir araya gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya hökumət mənbələri yayıb.

Bildirilib ki, İran Müdafiə naziri Əmir Hatəmi Bəşər Əsədlə görüşü zamanı hər iki tərəfi maraqlandıran bir sıra önəmli məsələlərə toxunub.

Xüsusilə İŞİD-ə qarşı aparılan mübarizəni təqdirəlayiq hesab etdiklərini bildirən Tehran rəsmisi bundan sonra da Suriyaya dəstək göstərəcəklərini vurğulayıb.

O həmçinin İranın Suriyanın hərbi-texniki təchizatının daha da təkmilləşdirilməsinə dəstək verə biləcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, Bəşər Əsəd Əmir Hatəmiyə minnətdarlığını bildirərək Suriya ordusunun qarşıdan gələn İdlib əməliyyatlarında İrandan dəstək gözlədiklərini qarşı tərəfin diqqətinə çatdırıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-Suriya   İdlib  


Bizi "telegram"da izləyin