Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, beş gün ərzində forumu 772 mindən çox insan ziyarət edib. Təkcə şənbə günü 129 min insan nümayiş etdirilən hərbi texnikaları izləməyə gedib.
Məlumata görə, avqustun 25-də Kubinka aviabazasına qatılma sayı ötən ilkinə nəzərən az qala 2 dəfə çox olub.
Forumun beşinci günündə 12 xarici ölkənin rəsmi nümayəndə heyətləri forumda öz işlərinə başlayıblar. Həmin gün həmçinin Burundi Müdafiə Nazirliyinin nümayəndələri “Russian Helicopters”in rəsmiləri ilə görüş keçirib.
Qeyd edək ki, beş gün ərzində foruma 118 xarici ölkə və 65 rəsmi hərbi nümayəndə heyəti qatılıb.
Ağalar Ağalarlı
Ordu.az