İŞİD-in Əfqanıstandakı lideri zərərsizləşdirilib

2018/08/soldier_1535352299.jpg
Oxunub: 2047     14:43     27 Avqust 2018    
ABŞ ordusunun Əfqanıstanda həyata keçirdiyi birə əməliyyatlar zamanı İŞİD-in ölkədəki lideri məhv edilib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstandakı ABŞ missiyasının mətbuat katibi polkovnik Martin Donel bildirib.

O qeyd edib ki, ötən şənbə ABŞ ordusunun Əfqanıstanın Nangərhar vilayətində həyata keçirdiyi hava əməliyyatları zamanı zərərsizləşdirilən İŞİD terrorçularının kimliyinə aydınlıq gəlib.

Rəsmi məlumata əsasən, aviazərbələr nəticəsində məhv edilən 11 terrorçunun arasında qruplaşmanın Əfqanıstandakı rəhbəri Əbu Səəd Ərhabi da var.

Qeyd edək ki, İŞİD-in media qolu olan “Amaq” xəbər agentliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Əfqanıstan  


Bizi "telegram"da izləyin