Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumat Kreml administrasiyasından bildirilib.
Qeyd olunub ki, Rusiya Qara dənizdə öz sahil suları üzərində təlim uçuşları həyata keçirir və buna görə də heç kimə hesabat vermək məcburiyyətində deyil.
Londondakı Rusiya səfirliyi isə Böyük Britaniya hökumətinə məsələ ilə bağlı sorğu ünvanlayıb və əsaslandırılmış cavab tələb edib.
“Böyük Britaniya və onun müttəfiqlərinə hansı formada təhlükə yaradılıb ki, Rusiyaya məxsus təlim uçuşları həyata keçirən patrul təyyarələri təhdid altında saxlanılır? Bu ərazilər Böyük Britaniyadan 1500 kilometr məsafədə və Rusiyanın hava sərhədləri daxilindədir. Moskva provokasiyalara getməyəcək, lakin edilən bu təxribat xarakterli cəhdlərlə bağlı açıqlama tələb edir”, - deyə sorğuda qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az